KOMİTƏ İCLASLARI 5 İyun 2023, 16:44 | Baxış sayı: 235
"20 manat verdim, 450 manat qaytardılar"

Milli Məclisdə Azərbaycan regionlarında ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılıb.

 

Pravda.az Report-a xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmadzadə danışıb.

 

O bildirib: "Bu yaxınlarda mən bir məsələnin şahidi oldum, istədim Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımova müraciət edim. Rayonların birində bir neçə yerdə mağazalarda ayrıca bölmə var ki, saxta pulların buraxılması ilə məşğuldurlar. Rayonda nəvəmə 20 manat verdim, alış-veriş üçün, pulun qalığı kimi 450 manat qaytardılar. Pulların üstünə baxanda gördüm ki, "etibarzısdır" yazılıb. Gənclər, uşaqlar var, onlar aldana bilirlər. Bu sahədə nə qədər pul var ki, belə yollara əl atırlar? Bunlara nəzarət olunmalıdır".

Xəbərlər