İqtisadiyyat 13 İyun 2023, 14:00 | Baxış sayı: 159
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib"

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib.

Bunu Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunmuş “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyyatları artıq 70 mlrd. Dollara çatıb.

Akademik qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan borc götürən ölkədən, borc verən ölkəyə çevrilir.

Ziyad Səmədzadə onu da əlavə edib ki, Azərbaycanın imkanları işğaldan azad edilmiş ərazilərin bərpasına mühüm tövhə verəcək.

 

APA

Xəbərlər