Cəmiyyət 25 Oktyabr 2022, 12:38 | Baxış sayı: 345
"Bir dəfə maliyyə hesabatı verdim, o qədər söyüş, qarğış gəldi ki...

“Məndə maliyyə hesabatı vermək vərdişi yaranmadı. Bir dəfə etdim, sonra özümə söz verdim ki, daha etməyəcəyəm. Sosial şəbəkələrdə o qədər söyüş, qarğış gəldi ki... Anlamadım...”

 

Bunu REAL Partiyasının funksioneri, deputat Erkin Qədirli İctimai televiziyada “Dadaş Dadaşlinski”yə müsahibəsində bildirib.

 

E.Qədirli sosial şəbəkəni birdəfəlik tərk etdiyini qeyd edib: “Çalışırdım, açıq olam. Vətəndaş cəmiyyətinin nümayəndələri hər zaman deyirdilər ki, məmurlar, deputatlar gəlirlərini bəyan etmir. Düşündüm ki, ilk olar, ona görə də bəyan etdim. Rəsmi deyildi, amma faktlara əsasən yazmışdım. Feysbukun formatında olan dəyişikliklər, o cümlədən izləyici sayının çoxalması müzakirələrin ciddiyyətini aşağı saldı. Söyüş, qarğış, lağlağı...”

Mənbə: İctimai TV

Xəbərlər