Cəmiyyət 20 Aprel 2021, 19:02 | Baxış sayı: 331
"Bir çox insan sülhün mümkünlüyünə inanmaya bilər".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib. O bildirib ki, hazırda Qarabağdakı möhtəşəm rekonstruksiyasının birinci mərhələsi gedir və müxtəlif kooperasiya formatları yaradılır.

"Bir çox insan sülhün mümkünlüyünə inanmaya bilər. Ancaq bu, Ermənistan hökumətinin yaymağa çalışdığı təhlükəli bir fikirdir. Bizə qarşı edilmiş cinayətləri heç bir zaman unutmasaq da, biz gələcəyə baxmalıyıq. Biz mütləq sonsuz barış konsepsiyasına deyil, əldə ediləbilən, praktik sülh konsepsiyasına istinad edirik", - deyə Kamal Cəfərov bildirib.

Xəbərlər