Cəmiyyət 16 Yanvar 2023, 16:28 | Baxış sayı: 158
“Bəhram Bağırzadənin sözündən belə çıxır ki, kənddən gələn gənclərimiz şəhərə yaraşmır”

“Ola bilsin, Bəhram Bağırzadə həmin fikirləri səsləndirərkən emosional, əsəbi olub. Amma istənilən halda, düzgün söhbət deyil. Onun fikirləri gənclərimizə, insanlarımıza mənfi təsir edir. İnsanlar da cavab olaraq reaksiya veriblər. İstər kəndlərdə, rayonlarda, istərsə də Bakıda yaşayan gənclərimiz olsun - hamısı Azərbaycanın gələcəyidir, Azərbaycanın müstəqilliyinin qoruyucularıdır. Vətənin keşiyini çəkənlər də məhz gənclərimizdir. Onlar ələlxüsus da 30 illik işğal altında qalan torpaqlarımızı şaxtalı havada əziyyətlə, cəngavərlik göstərərək, dişi, dırnağı ilə sıldırım qayaları aşıb əlbəyaxa döyüşərək 44 gün ərzində Şuşamızı azad ediblər. Müharibədə kənddən də, şəhərdən də olan gənclərimiz iştirak edirdilər. Bəhram Bağırzadənin dediklərinə Azərbaycanda kimlərsə dəstək olacaqlarsa, dilə gətirəcəklərsə, çox böyük qəbahət etmiş olacaqlar. Hər adamın belə söz deməyə gücü çatmaz, çatmamalıdır. Azərbaycan xalqı birdir - nə talışı, nə ləzgisi, nə də bakılısı ilə ayrıseçkilik etməyi heç kimə rəva bilmirəm. Yoldaş Bəhram Bağırzadəyə də…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

“Bəhram Bağırzadənin sözündən belə çıxır ki, kəddən gələn gənclərimiz şəhərimizə yaraşmır. Ya da mədəniyyətləri o dərəcədə deyil. Bu, düzgün deyil. Gənclərimiz hər şeyə layiqdirlər, onlara inanırıq. Bunun sübutu da 44 günlük müharibəmiz oldu. Allah kəndli, rayonlu, şəhərli, talış, ləzgi, türk və başqa millətlərdən olan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Azərbaycanın hər yerindən şəhidimiz, qazimiz var. Ona görə də belə söhbətləri danışanda diqqətli olmalıyıq”, - deputat bildirib.

Xəbərlər