Siyasət 25 İyun 2023, 13:45 | Baxış sayı: 168
“Belə bir iddia varsa, yenidən hüquq-mühafizə orqanları tərəfindən araşdırılması yaxşı olardı”

“Bir neçə il öncə FETÖ şəbəkəsi ilə bağlı fikirlər səsləndirilməsinin Azərbaycanda kifayət qədər əsası var idi. Bu gün isə hansısa məlumat, iddia varsa, hesab edirəm, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. İllər öncə ölkəmizdə hətta televiziya kanalı da, radio da var idi, ayrı-ayrı qurumlarda fəaliyyət göstərirdi. Amma Azərbaycan və Türkiyənin hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində bu kimi halların qarşısı, demək olar, tamamilə alındı. Deputat Aqil Abbas mətbuatda işləyir, ola bilər ki, mətbuat sahəsindən kifayət qədər məlumatlıdır. Bəlkə, onda ölkədə media sahəsində FETÖ-çülərin olması barədə hansısa məlumat var. Düşünürəm, bütün hallarda bu məlumatlar dəqiq şəkildə araşdırılmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

“Belə məsələlərə Azərbaycan hüquq-mühafizə orqanları da, Türkiyə tərəfi də çox diqqətlə və həssaslıqla yanaşırlar. Bütün hallarda, belə bir iddia varsa, yenidən hüquq-mühafizə orqanları tərəfindən araşdırılması yaxşı olardı. Aqil müəllim Azərbaycanda FETÖ şəbəkəsi ilə bağlı faktları, dəlilləri təqdim edə, bunun əsasında məsələyə baxıla bilər”, - deputat deyib.

 

Xəbərlər