Plenar iclaslar 30 Sentyabr 2021, 17:39 | Baxış sayı: 176
“Banklar haqqında” qanuna dəyişikliklər təklif olunub.

Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim edəcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Analoji dəyişiklik “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığortafəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlara da təklif olunur.
Başqa sözlə, maliyyə institutları illik və birləşdirilmiş maliyyə hesabatlarının surətini vətəndaşların müraciəti əsasında onlara pulsuz təqdim etməlidirlər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər