KOMİTƏ İCLASLARI 1 İyun 2023, 15:22 | Baxış sayı: 94
"Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir"

Azərbaycanda yük avtomobillərinin təqribən 2.5 faizi yeni avtomobillərdir, qalanları isə köhnə avtomobillərdir.

APA xəbər verir ki, bunu deputat İltizam Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

O bildirib ki, sərnişin avtobusları ilə bağlı vəziyyət daha kritikdir.

"Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir. Bu cür avtomobillərin ətraf mühitə buraxdığı zərərli tullantıların həcmi çoxdur. Avtomobillərin utilizasiyası məsələsində bunlar da nəzərə alınmalıdır", - deyə o qeyd edib.

Xəbərlər