KOMİTƏ İCLASLARI, Qanun Layihələri 10 Noyabr 2021, 18:21 | Baxış sayı: 227
"Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur".

“Bir sıra məsələlərdə vətəndaşın vəziyyəti nəzərə alınaraq, addımlar atılmalıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa deyib.

O bildirib ki, rüsumlar və cərimələrin miqdarı kəskin formada artmaqdadır: “Artıq bütün vətəndaşların cəriməsi var. Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur. Bu, yol infrastrukturunun düzgün qurulmasının problemidir, cəriməsini isə vətəndaş ödəyir”.

F. Mustafa deyib ki binaların istiliklə təchizatı da bərbad vəziyyətdədir: “Köhnə binaların zirzəmiləri qrunt suları ilə dolub aşır, onu təmizləmirlər. Müddəti bitmiş proqramlara dövlət büdcəsindən vəsait ayrılmamalıdır. Müddət qurtarıbsa, həmin layihələr maliyyələşmədən məhrum edilməlidir”.

Xəbərlər