Ümumi 6 İyun 2023, 14:56 | Baxış sayı: 153
""Azəriqaz"ın "Açıq mikrofon" aksiyası keçirməsi təqdirəlayiqdir"

"Bu gün hər bir dövlət qurumunun qarşısında duran ən vacib məsələlərdən biri vətəndaşlarla düzgün kommunikasiyaların qurulmasıdır. Hesab edirəm ki, hər bir dövlət qurumu bu istiqamətdə tədbirlər görməlidir. Yəni, istənilən vətəndaş istənilən dövlət qurumununa müraciət edərək onları maraqlandıran suallara cavab tapa bilməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Deputat qeyd edib ki, hər həftə  "Azəriqaz" İB-in "Açıq mikrofon" aksiyasını keçirməsi çox təqdirəlayiqdir.

"Belə aksiyaların keçirilməsiylə yerlərdə mövcud problemlər aşkarlanır. Onların aradan qaldırılması üçün müvafiq  addımlar atılır. 

Hesab edirəm ki, bu cür tədbirləri digər dövlət qurumları da keçirməlidir. Davamlı olaraq bölgələrdə, xüsusilə də kommunal sahələrdə fəaliyyət göstərən qurumlar da "Açıq mikrofon" aksiyaları keçirməlidir. Bu, həm problemlərin həlli, həm də vətəndaşların dövlətdən  narazılıqlarının aradan qaldırılmasına kömək edir. Ona görə də, bu cür aksiyaların keçirilməsini çox önəmli hesab edirəm".

Xəbərlər