Siyasət 20 Oktyabr 2023, 14:47 | Baxış sayı: 98
"Azərbaycanın yaratdığı reallıq ondan ibarətdir ki, bu gün sülh Ermənistana lazımdır"

“Azərbaycan bəyan edir ki, Ermənistanla Azərbaycan arasında sərhəd yoxdur və bu, Alma-Ata bəyannaməsinə və son razılaşmalara ziddir”.

 

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında deyib.

O bildirir ki, Ermənistan və Azərbaycan liderləri sərhədlərin delimitasiyası üçün siyasi əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə birmənalı sadiqliklərini dəfələrlə təsdiqləyiblər.

Paşinyan vurğulayıb ki, Alma-Ata Bəyannaməsi Sovet İttifaqının on iki respublikası tərəfindən 1991-ci il dekabrın 21-də imzalanıb.

“Bu bəyanatda iki mühüm fakt var idi: Sovet İttifaqı mövcud olmağı dayandırır; Respublikalar bir-birinin ərazi bütövlüyünü, suverenliyini, mövcud, yəni inzibati sərhədlərin toxunulmazlığını tanıyır, ona görə də Sovet İttifaqı respublikaları arasında mövcud olan inzibati sərhədlər dövlət sərhədlərinə çevrilir”...

2020-ci il 44 günlük Vətən Müharibəsində qələbədən sonra Azərbaycan dəfələrlə fərqli formatlarda Ermənistanla sülh müqaviləsi istiqamətində danışlqarda iştirak etdi.

Ancaq ermənilər hər dəfə bu danışıqlarda müxtəlif intriqalar yaradaraq, görüşləri mənasızlşadırırdı.

Qarabağ hələdə separatçıların əlində idi...

Bu ilin 19-20 sentyabrında Azərbaycan antiterror əməliyyatı keçirərək, Qarabağı separatçılardan təmizlədi.

Daha sonra Qranada görüşü təyin edildi ki, liderlər qarşılıqlı müzakirələr apararaq, ölkələrin ərazi bütövlüyünü təyin etsin. Azərbaycan Türkiyənin görüşdə iştirakını təkid etsə, Türkiyə görüşə dəvət edilmədiyi üçün Azərbaycan preizdenti də görüçdən imtina etdi.

Görüş Azərbaycanın iştirakı olmadan keçirildi və Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü  tanınması ilə bağlı sənəd imzaladı.

Amma Azərbaycanın iştirakı olmadan Azərbaycanın müzakirəsi və yaxud ərazi bütövlüyünün tanınması nəyi dəyişə bilərdi ki?...

Beləliklə sülh müqaviləsinə gedən yolda yeni əmmalar yaranmağa başlayıb.

Bu gün Azərbaycan sərhıdləri delimitasiya və demarkasikasiya edilməlidir. Bundan sonra  ölkələr  artıq sülh müqaviləsinin imzlaanmasından dnaışa bilər.

Ermənistan baş naziri dəfələrlə  müxtəlif formatlarda Ermənistanın sülh istədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Amma bunu niyə daha əvvəl demirdi?

Çünki artıq qorxur. Qorxur ki, Azərbaycan əzəli torpaqlarını tələb edə bilər.

Bu səbəbdən də,  1991 –ci xərtələrinə uyğun sərhədləri tanıyır.

Bəs bu bizim üçün yetərlidirmi?

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün də Qazax rayonunun 7, Naxçıvanın 1 kəndi Ermənistanın faktiki işğalı altındadır. Ermənistan Azərbaycan ərazilərini rəqəmlərlə ifadə edərək tanıdığını, ərazi bütövlüyünü tanıdığını bildirirsə bunun ardınca dərhal praktik addımlar da atmalıydı. Sərhədlərin delimitasiyasının- demarkasiyasının aparılması istiqamətində artıq Ermənistanın özü də təşəbbüsü irəli sürməlidir. Çünki ən çox sülhdən danışan bu gün Ermənistandır.

Sülh prosesini əngəlləyən özü olduğu üçün ən çox sülhdən o danışır.

Bu səbəbdən də, Ermənistan bir növ özünü siğortalamağa çalışır. Yenə də Qərbin diqtəsi ilə,  Ermənistan Cənubi Qafqaz regionunda gərginlik elementlərinin qalmasında maraqlıdır.

Deputat hesab edir ki, sərhədlərimizin delimitasiyasının, demarkasiyasının aparılması üçün Azərbaycanın kifayət qədər gücü və iradəsi var.

“Azərbaycanın yaratdığı reallıq həm də ondan ibarətdir ki, bu gün sülh Ermənistana lazımdır. Azərbaycan Ermənistanla sülh olmasa da yaşaya bilər. Biz öz ərazilərimizi işğaldan azad etmişik, bütün ərazilərimiz boyunca süverenliyimizi təmin etmişik. Və regiondakı bütün strateji lahiyələrdə də mərkəzi mövqelərə rola təşəbbüslərə sahibik. Azərbaycan iqtisadiyatı kifayət qədər sürətlə inkişaf edir. Artıq biz yeni bir obrazda beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində də iştirak erməkdəyik.

Çünki ərazi bütövlüyümüzü təmin etmişik. İşğaldan azad etdiyimiz ərazilərin böyük iqtisadi potensialını kifayət qədər dinamikliklə ümummilli iqtisadi inkişaf dövriyyəsinə qatmaqdayıq”-deyə deputat bildirib.

Sülh haqqında Ermənistan düşünməlidir.

Deputat qeyd edir ki, Ermənistan özünün ağır vəziyyətini, durumunu nəzərə alaraq nəhayət bir seçim etməyi bacarmalıdır.

Bu seçim də ondan ibarətdir ki, Azərbaycanla münasibətlərinin normallaşdırsın. Əks halda Ermənistan üçün heç bir mənada inkişaf olmayacaq.

bizimyol.info

Xəbərlər