Plenar iclaslar, Qanun Layihələri 1 Fevral 2022, 14:06 | Baxış sayı: 242
“Azərbaycanın 2022-2026-cı dövrdə sosial-iqtisadi inkişafına dair strategiya ilə bağlı sənəd qəbul olunacaq ”.

“Azərbaycanın 2022-2026-cı dövrdə sosial-iqtisadi inkişafına dair strategiya ilə bağlı sənəd qəbul olunacaq ”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib.

Ə. Məsimli Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulunu təklif edib: “Bir il ərzində həmin sənədləri qəbul etsək, qarşıdakı illərdə neftdən asılılığın azaldılması, dayanıqlı inkişafın təmin edilməsi üçün dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasını təmin edəcək. Yeni dövr bir aydan sonra neftin qiymətinin necə olacağını proqnozlaşdırmağa imkan vermir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi də yeni bir sənəd hazırlayıb və bu sənəd də parlamentin müvafiq qurumları ilə müzakirə olunacaq”.

Xəbərlər