"Azərbaycanlılar heç vaxt ermənilərlə belə vəhşi davranmayıblar"
“Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi, qətldə günahlandırılması erməni xalqının əsil mahiyyətini tam əks etdirir. İllər keçib, bu xalqın mahiyyəti və xəstə təxəyyülü dəyişməyib və görünən budur ki, heç zaman dəyişməyəcək. Ona görə tariximizi yaxşı öyrənib, ciddi nəticələr çıxarmalıyıq. Tarix xalqlar başlarına gələn faciələri unutmayanda təkrarlanmır...”
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Azərbaycanlılar heç vaxt ermənilərlə belə vəhşi davranmayıblar, əksinə, yaralı erməni əsgərinə ilkin tibbi yardım göstəriblər. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir. Bu həm də onu göstərir ki, Ermənistan, erməni xalqı sülhə hazır deyil. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də erməni xalqı qisas və düşmənçilik hissi ilə yaşayır. Avropa Parlamenti, Fransa və Ermənistanın digər havadarları bu vəhşiliyə münasibət bildirsinlər, bu barbarlığı pisləsinlər. Əsil vəhşilik və barbarlıq budur. Vəhşi, barbar biz yox, ermənilərdir”, - deputat bildirib.