Plenar iclaslar 18 Oktyabr 2022, 14:47 | Baxış sayı: 281
"Azərbaycanda yaşayan 30 min erməni dünya ermənilərinə müraciət etməlidir"

“Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Bu 30 min erməni təkcə Fransaya deyil, elə Ermənistana mesaj göndərməli, etiraz etməlidir ki, onlar görsünlər, Ermənistanda bir azərbaycanlı olmadığı halda Azərbaycanda 30 min erməni var. Və bu ermənilər ölkəmizdə rifah içində, Azərbaycan vətəndaşları necə yaşayırlarsa, elə yaşayırlar”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanda yaşayan ermənilərin Fransaya qarşı etiraz etməmələrinə görə səslənən iradlara münasibət bildirərkən deyib.

 

“30 min erməni həm rəsmi İrəvana, həm erməni xalqına, eləcə də dünya ermənilərinə müraciət etməlidir ki, revanşist niyyətlərindən, Azərbaycana qarşı ənənəvi düşmənçilik mövqelərindən əl çəksinlər. Tezliklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh sazişi ilə bağlı addım atsınlar, Azərbaycanın uzatdığı əli sıxsınlar, Azərbaycan tərəfindən irəli sürülmüş təklifləri qəbul etsinlər və sülh sazişinin imzalanması üçün masaya otursunlar”, - deputat bildirib.

Xəbərlər