"Azərbaycanda vətəndaşların sıxıntı çəkdiyi məsələlərdən biri də budur"
İcbari tibbi sığorta dərman təminatını qarşılayacaq: “Vətəndaşların sıxıntı çəkdiyi məsələlərdən biri də budur”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələcəkdə dərman təminatının icbari tibbi sığorta çərçivəsində həll olunmasını hədəfləyir.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı bildirib.
Açıqlamasında yeni qərara münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, dərman təminatının müəyyən dərəcədə icbari tibbi sığorta ilə qarşılanması sığorta ödəyənlər üçün vacib məsələdir:
“Digər ölkələrdə də bu təcrübə geniş yayılıb. Azərbaycanda vətəndaşların sıxıntı çəkdiyi məsələlərdən biri də budur. Ümid edək ki, bu yeniliyin vətəndaşların dərmanla təminatına müsbət təsiri olacaq. Dərmanla bağlı problemlər kifayət qədərdir. Bunu aradan qaldırmaq üçün konkret addımların atılması vacibdir”.
demokrat.az