Ümumi 16 Mart 2021, 16:38 | Baxış sayı: 327
Azərbaycanda toylar bu formada keçiriləcək?

Millət vəkili Fazil Mustafa karantin dövründə qaydaların yumşaldılmasından, toyların keçirilməsindən danışıb.

Redaktor.az xəbər verir ki, o, sosial məsafə gözləməklə 2-5 masa ətrafında, yaxud vaxt məhdudiyyəti ilə - 3 saat toyların keçirilməsinə icazə verilməsini doğru hesab etdiyini deyib. Millət vəkili 50 nəfərin iştirakı ilə toyların keçirlməsinə icazə verilməsini təklif edib:

“Bizim gücümüz ancaq təklif verməyə çatır. Biz doğru yolu göstərək, Operativ Qərərgah məsələləri ölçür-biçir, ümumi dinamikanı gözdən keçirir və qərar verir”.

Xəbərlər