Cəmiyyət 20 Sentyabr 2021, 17:56 | Baxış sayı: 324
"Azərbaycanda təkcə cənub zonasında 200-300 min talış yaşayır. Onların rahat yaşaması üçün lazım olan şərait təmin edilib".

Lənkərandan olan deputat Rüfət Quliyev: "Azərbaycanda təkcə cənub zonasında 200-300 min talış yaşayır. Onların rahat yaşaması üçün lazım olan şərait təmin edilib. "Talış" sözünün və talış dilinin qadağan edilməsi ilə bağlı söylənilən fikirlər absurddur. Hələ deputat olduğum müddətdə talışlardan heç kim, heç bir vətəndaş mənə bununla bağlı şikayət etməyib. Deyilən fikirlərlə qətiyyən razı deyiləm. İndiyə qədər parlament "talış" sözünün istifadəsinin qadağan olunması ilə bağlı heç nə eşitməmişəm. Ölkə əhalisinin təxminən 9-10 faizi etnik azərbaycanlı deyil. Onların arasında talışlar, ləzgilər, tatlar, ruslar, belaruslar, gürcülər və s xalqların və millətlərin nümayəndələri yaşayır. Etnik azlıqların ölkədə yaşaması üçün lazım olan bütün şərait yaradılıb. Azərbaycanda talışlara münasibət gözəldir. Biz hamımız azərbaycanlıyıq, talış olmağın heç fərqi yoxdur. Azərbaycanda hansısa milli azlığı təmsil edən vətəndaşa heç bir məhdudiyyət qoyulmur".

Xəbərlər