Cəmiyyət 22 Yanvar 2024, 16:21 | Baxış sayı: 84
“Azərbaycanda “sürət qatarı” deyəndə, yəqin, adi qatardan nisbətən sürətlə getməsini nəzərdə tuturlar”

Azərbaycanda fəaliyyət göstərən sürət qatarları barədə narazılıqlar yenidən gündəmdədir. Bildirilir ki, bu qatarların adı “sürət qatarı” olsa da, mənzil başına çox gec çatır, adi qatarlardan sadəcə adı ilə fərqlənir, Avropa ölkələrindəki sürət qatarları isə tam fərqlidir.

 

Vətəndaşların narazılıqları ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Rüfət Quliyev belə deyib: “Avropada, Cənubi Koreyada, Yaponiyada sürət qatarlarına minmişəm. Həmin ölkələrdə sürət, hətta saatda 500-600 kilometrdir. Fransada sürət həddi 700 kilometri keçir. Bunlar xüsusi texnologiya ilə istehsal olunan qatarlardır. Bizdə isə “sürət qatarı” deyəndə, yəqin, bunu nəzərdə tuturlar ki, adi qatardan nisbətən sürətlə gedir. Azərbaycan hər il yeni texnoloji, innovativ təkliflər alır. Özümüz də bunun üzərində işləyir, həyata keçiririk. Təbii ki, elə gün gələcək, bizdə o cür sürətlə gedən qatarlar olacaq. Azərbaycanın bu tayından o tayına neçə kilometr olar? Olsa-olsa, maksimum 600-700 kilometr. Buna görə də o cür sürətli qatarları tətbiq etmək bir o qədər də ucuz olmayacaq. Çünki ərazimiz o qədər deyil. Əhali deyir ki, qatarla gedəndə dayanacaq olsun, qatar tez-tez saxlasın, düşsün, öz işi ilə məşğul olsun. Bunu da nəzərə almaq lazımdır. Bakı-Sumqayıt qatarı yenidən işə düşüb. Aldığım məlumata görə, kifayət qədər sürətlə gedir, kifayət qədər də komfortludur. Minməmişəm, amma maraqlı gəldi. Bir dəfə o qatarla gedəcəyəm, görüm necədir...” 

pravda.az

 

Xəbərlər