"Azərbaycanda son 2 ayda 20 siyasi partiya fəaliyyətini dayandırıb"
“Siyasi partiyalar haqqında” qanun qəbul edildikdən sonra bu ilin mart ayının 2-sindən etibarən Azərbaycanda fəaliyyətinə son verən siyasi partiyaların sayı 20-ə çatıb. Son olaraq bu gün Milli Konqres Partiyası bəyanat yayaraq fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.
Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatı olan 59 siyasi partiya var idi. Onlardan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Yeni Yol Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Müstəqil Xalq Partiyası, Aydınlar Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Kommunist Partiyası, Qorqud Partiyası və Milli Konqres Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.