Plenar iclaslar, Qanun Layihələri 24 Dekabr 2021, 15:41 | Baxış sayı: 274
Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir.

Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir.

Modern.az-ın verdiyi məlumata görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik olunur. 

Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: “Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.

Müzakirələrdən sonra dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Xəbərlər