“Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinət sahəsindədir”.
Plenar iclaslar
17 Noyabr 2021, 12:32 | Baxış sayı:
305
“Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinət sahəsindədir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, indiyə qədər müharibədə iştirak edən qazilərə hələ pensiya müavinəti təyin edilməyib: “Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir. Orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə pensiya yaşı bizdən aşağıdır. Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır’.