Cəmiyyət 9 Avqust 2021, 13:06 | Baxış sayı: 282
"Azərbaycanda müəyyən məqsədli qüvvələr var ki, milçəyi fil etmək istəyirlər".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Qadın Problemləri üzrə Dövlət Komitəsində çalışmış Məlahət İbrahimqızı S. Məhərrəmovanın ölümünə münasibət bildirib. O bu məsələdən xəbərsiz olduğunu deyir.

Bundan başqa, deputat Azərbaycan cəmiyyətində qadının çox böyük anlamı olduğunu, qadına ana, vətən kimi baxıldığını, bir qadının öldürülməsiylə dünya qadınlarına qarşı cinayət törədildiyini bildirir.

 Amma bununla belə o mətbuatın qadın qətillərini şişirtməməli olduğunu da əlavə edir.

“Gedin, görün Amerikada bir günə nə qədər qadın öldürülür? Azərbaycanda müəyyən məqsədli qüvvələr var ki, milçəyi fil etmək istəyirlər. Təbii ki, qadın qətilləri olan cəmiyyətdə qüsur var, maariflənmə işləri kifayət qədər aparılmır. Amma qadın ölümləriylə bağlı tendensiya yoxdursa, bu məsələni şişirtmək lazım deyil. Hamı bizim kimi ziyalı olmur. Heç nədən xəbəri olamayan adamlar deyəcək ki, Azərbaycanda qadınları kütləvi öldürürlər. Bu, ölkənin imicinə zərər vurur”.

Məlahət İbrahimqızı baş verənlərdə qadınların da suçu olduğunu düşünür: “Bu həddə çatdırmamaq lazım idi. Qadınlar öz haqqını qorumağa çalışmalıdırlar. Niyə kişini döymürlər? Niyə ancaq qadınlar döyülür? Çünki haqlarını qoruya bilmirlər. Kişi birdən-birə qadını öldürməyib ki. Deməli, qadın vaxtında o kişidən ayrılmalı imiş”.

Xəbərlər