Cəmiyyət 2 Avqust 2023, 17:59 | Baxış sayı: 105
"Azərbaycanda minlərlə insan qırxı, əllini haqlamamış dünyasını dəyişir"

"Tailandda 6 əmələ görə edam cəzası nəzərdə tutulub".

Bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

"Birinci sırada qida məhsullsrına ağır xəstəliyə səbəb olacaq qatqılar vurmaqla vətəndaşların sağlamlığının pozulmasıdır. Bizdə sürətlə artan onkoloji və başqa xəstəliklərin əsas səbəbi budur. Minlərlə insan qırxı, əllini haqlamamış dünyasını dəyişir. İkinci kateqoriyada edam hökmü saxta dərman istehsalı və satışı üçün müəyyənləşib. Sonra narkotika, ardınca yetkinlik yaşına çatmamış qıza təcavüz və xüsusi amansızlıqıa qəsdən adam öldürmə kimi cinayətlər gəlir. Demək ki, bizdən fərqli olaraq Tailandda əhalini kütləvi zəhərləməyə yönəlik əməllərə qarşı daha sərt davranırlar. Təbii yağa palma yağı qatanlar, çörəyin tərkibinə hər cür zirzibil dolduranlar, dərmanların tərkibini dəyişib keyfiyyətini azaldanlar heç də hər məmləkətdə şad-xürrəm yaşamırlar", - deyə millət vəkili qeyd edib.

musavat.com

Xəbərlər