Plenar iclaslar 2 Oktyabr 2023, 15:11 | Baxış sayı: 231
"Azərbaycanda matəm günləri təqvimdən çıxarılmalıdır"

"Azərbaycanda matəm günləri təqvimdən çıxarılmalıdır".

Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxış edib.

O bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Artıq yeni dövrə başlamaq lazımdır”.

Deputat xatırladıb ki, Azərbaycanda iki sülhməramlı qüvvə var: “Biri Rusiya sülhməramlılarıdır, ikincisi isə Bakıda oturan Kanadanın, ABŞ-ın, nə bilim haranın qüvvələridir. İndi onlar Rusiya sülhməramlılarına qarşı müübarizə aparırlar. Rusiya sülhməramlıları lazım olan anda ölkəmizdən çıxacaqlar”.

report.az

Xəbərlər