"Azərbaycanda İran təfəkkürlü insanlar var, biz dini təhlükəsizliyimizi təmin etmək üçün də addımlar atmalıyıq"
Cəmiyyət
26 Oktyabr 2022, 17:05 | Baxış sayı:
230
"Bu gün Azərbaycanda İran təfəkkürlü insanlar var və biz dini təhlükəsizliyimizi təmin etmək üçün də addımlar atmalıyıq".
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.
Onun sözlərinə görə, dünyada azərbaycanlıların "Vahid Azərbaycan" ideyası ətrafında birləşməsi üçün müvafiq işlər görülməlidir. O bildirib ki, qarşıdakı dövrdə təhlükələrlə üzləşməmək üçün indidən iş aparılmalıdır.
Milli təəssübkeşlik məsələsinin çox önəmli olduğunu xatırladan deputat vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətində güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: "Dövlətin bu istiqamətdə güclü iradəsi mövcuddur".
Mənbə: report.az