Cəmiyyət 10 İyun 2022, 12:32 | Baxış sayı: 224
“Azərbaycanda hər hansısa quruma, təşkilata onun siyasi baxışlarına və yanaşmasına görə məhdudiyyət və qadağa yoxdur".

“Azərbaycanda hər hansısa quruma, təşkilata onun siyasi baxışlarına və yanaşmasına görə məhdudiyyət və qadağa yoxdur. Bunu kimsə, hansısa təşkilat iddia edirsə, əsasladırmalı, konkret fakt təqdim etməlidir. Ümumi fikirlərlə yanaşma yetərli  deyil. Ölkəmizdə fəaliyyət göstərən bütün qurumlar, təşkilatlar hamısı nəzərə almalıdır ki, Azərbaycan demokratik, sivil ölkədir, burada insan hüquq və azadlıqları təmin edilib. Ölkəmizdə yaşayan hər kəsə bu şərait yaradılıb. Lakin belə olmaqla yanaşı, Azərbaycan həm də müsəlman ölkəsidir. Bu ölkənin özünəxas milli-mənəvi dəyərləri, dini ənənələri var və onların qorunması xüsusi önəm daşıyır”.

Bu sözləri Pravda.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov LGBT üzvlərinə təzyiq edilməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

C.Məmmədov qeyd edib ki, məsələyə səmavi dinlərin ayrıca yanaşması və münasibəti var: “Azərbaycanda yaşayan hər bir insanın da borcudur ki, buradakı digər dinlərə, xalqlara, ölkəmizin aparıcı dininə, onun dəyərlərinə hörmətlə yanaşsın, ehtiram göstərsin. Məsələyə bu kontekstdə yanaşılmalıdır”.

Xəbərlər