Cəmiyyət 24 İyun 2022, 14:28 | Baxış sayı: 38
“Azərbaycanda heç kim dini durumu gərginləşdirməyə və bunu siyasiləşdirməyə çalışmamalıdır”

“Azərbaycanda din etiqad azadlığı tam təmin olunub və ölkə rəhbərliyi səviyyəsində dinimizə, milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var. Müstəqilliyimiz elan edilən zaman, yəni 1991-ci ildə Azərbaycanda 18 məscdi var idisə, bu gün onların sayı 2 250-dir və Azərbaycan bu istiqamətdə siyasətini davam etdirir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycanda dini dəyərlərə yüksək qiymət, diqqət, qayğı olduğuna görə hansısa dövlət qurumunun dinə, dini dəyərlərə qarşı hər hansı hörmətsizlik etməsi inandırıcı deyil: “Ölkə rəhbərliyi davamlı olaraq dinimiz, milli-mənəvi dəyərlərimiz haqqında xoş fikirlərini və yanaşmasını nümayiş etdirir. Ona görə də bu gün dövləti belə məsələlərdə ittiham etməyin heç bir əsası yoxdur. Sadəcə, zaman-zaman Azərbaycanda mövcud olan müxtəlif dinlərin, təriqətlərin nümayəndələri özünü bir çox sahələrdə göstərib, müəyyən fikirləri, məsələləri qaldırırlar. İndi də iddia edirlər ki, guya polis bölmələrində Allah təhqir edilir. Qeyd etdiyim kimi, Azərbaycanda belə bir hal yoxdur. Heç kim ölkədə dini durumu gərginləşdirməyə və dini siyasiləşdirməyə çalışmamalıdır. Buna ehtiyac yoxdur”.

Paylaşın

Xəbərlər