Plenar iclaslar 11 Oktyabr 2022, 16:13 | Baxış sayı: 153
"Azərbaycanda dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasını vacib hesab edirəm"

“Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyl göstərmirlər. Bu, faiz məsələsinə görədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, buna görə də bizim dindar insanlar öz pullarını bəzi islam ölkələrində olan islam qaydaları ilə fəaliyyət göstərən banklara yatırırlar: “Bu da bizim investisiyanın xaricə getməsinə səbəb olur. Bu gün Azərbaycanda dinə meyl artıb. Bu baxımdan da Azərbaycanda dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasını vacib hesab edirəm”.

Xəbərlər