Plenar iclaslar, Qanun Layihələri 5 Aprel 2022, 15:40 | Baxış sayı: 228
Azərbaycan və Gürcüstan arasında ayrı-ayrı buraxılış məntəqələrində dövlət sərhədlərində hərəkətin hansı halda dayandırılacağı və ya məhdudlaşdırılacağı məlum olub.

Azərbaycan və Gürcüstan arasında ayrı-ayrı buraxılış məntəqələrində dövlət sərhədlərində hərəkətin hansı halda dayandırılacağı və ya məhdudlaşdırılacağı məlum olub.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ayrı-ayrı buraxılış məntəqələrində dövlət sərhədlərində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması sanitar-karantin, baytar, fitosanitar səbəblərdən, habelə fövqəladə və ya hərbi vəziyyət, ictimai təhlükəsizlik anlamından, təbii fəlakət üzündən, karantinli zərərli orqanizmlər, epidemiya və epizootiyalar yayıldıqda tətbiq oluna bilər.

Hərəkəti dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində olan tərəf buraxılış məntəqələrində hərəkətin dayandırılması və məhdudlaşdırılması səbəblərini və müddəti göstərməklə, planlaşdırılan dayandırma və ya məhdudlaşdırmadan 5 (beş) gündən gec olmayaraq bu barədə digər tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırır.

Fövqəladə hallar və ya təbii fəlakətlər zamanı hərəkətin dayandırılmasından əvvəl 24 saatdan gec olmayaraq qarşı tərəfi məlumatlandırma həyata keçirilməlidir.

Buraxılış məntəqələrinin obyektlərinin və ya komnukasiya qurğularının nəzərdə tutulan təmiri ilə bağlı dövlət sərhədində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması barəsində tərəflər bu işlərin başlanmasından əvvəl 3 aydan gec olmayaraq onların başa çatma vaxtını bildirməklə bir-birini məlumatlandırırlar.

Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Xəbərlər