Siyasət 25 İyul 2023, 16:54 | Baxış sayı: 92
“Azərbaycan uzun illərdir, FETÖ-çülərlə mübarizə aparır”

“Bildiyiniz kimi, FETÖ terror təşkilatının Türkiyə ilə yanaşı Azərbaycan və bir çox ölkələrə yayılması sürətlənib. FETÖ-çülər qardaş ölkə ilə daha yaxın və  geniş qarşılıqlı əlaqələri olan ölkələrə sızmağı üstün tuturlar. Burada da bir hədəf var - Türkiyənin zəifləməsini təmin etmək. Azərbaycan hökuməti hər zaman beynəlxalq terrorla mübarizə aparıb. Necə ki Tükiyə Qarabağda anti-terror əməliyyatlarında dövlətimizi dəstəklədi, eləcə də Azərbaycan qardaş ölkəni bu yolda daim dəstəkləyəcək. Həmçinin deyərdim ki, hazırda ölkəmiz dünyada siyasi və sosial sabitliyin mövcud olduğu az sayda dövlətlərdəndir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

“Nəinki bu gün, Azərbaycan uzun illərdir, FETÖ-çülərlə mübarizə aparır. Xatırladım ki, ən son 2020-ci ildə kütləvi sayda özünü “nurçu” adlandıran şəxslər zərərsizləşdirildi. Bütün hallarda dövlətimiz və qardaş ölkənin təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti nəticəsində hər zaman bu terror qrupu zərərsizləşdirilib. Baş verən hadisələr fonunda bir daha görürük ki, dövlətimiz ölkə daxilindəki sabitlik və təhlükəsizliyi yüsək səviyyədə təmin edib, bundan sonra da vətəndaşının təhlükəsizliyini təmin edəcək”.

pravda.az

Xəbərlər