Plenar iclaslar 1 Fevral 2022, 11:20 | Baxış sayı: 223
“Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Bu gün parlamentin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, işlər planına 10 məsələ daxil ediləcək.

Qanunvericilik işləri planına daxil olan layihələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri

3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

4.” Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

5. “Lombardlar haqqında” qanun layihəsi

6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi

7. “Ali təhsil haqqında” qanun layihəsi

8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbərlər