Qanun Layihələri 26 Avqust 2022, 14:08 | Baxış sayı: 309
Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarılıb.

Prezident İlham Əliyev Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

Yeni dəyişikliyə əsasən, Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və "şikəst" sözləri çıxarılıb. Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilib.

Əsasnamənin isə 83-cü maddəsinin üçüncü hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə əvəz edilib və həmin hissədən “yaxud şikəstliklə” sözləri çıxarılıb. 

 

Mənbə: Report.az

Xəbərlər