Plenar iclaslar 12 Oktyabr 2023, 16:02 | Baxış sayı: 155
"Azərbaycan Prezidenti Cənubi Qafqazda separatizm ocağını söndürməyə nail olub"

"Azərbaycan Prezidenti Cənubi Qafqazda separatizm ocağını söndürməyə nail olub".

Bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, XXI əsrin əvvəllərinə diqqət yetirəndə fəal 52 separatizm ocaqlarının mövcud olduğu görülür: "İlk dəfə separatizm ocaqlarının sayı azalıb və bu gün 51 aktiv separatizm ocağı var. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inqilabi dəyişiklikdir".

Deputat bildirib ki, Azərbaycan Prezidenti Cənubi Qafqazda separatizm ocağını söndürməyə nail olmaqla qlobal təhlükəsizliyə mühüm töhfə verdi və ilk dəfə bu istiqamətdə nümunə yarada bildi: "Hesab edirəm ki, Azərbaycan dövləti və Prezidentinin dünyada təqdim etdiyi nümunə gələcəkdə separatizmlə mübarizədə mayak rolunda çıxış edəcək”.

report.az

Xəbərlər