“Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alır”
“İlin 6 ayının sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə ölkə Prezidentinin toxunduğu məsələlərdən biri də ordunun gücləndirilməsinin vacibliyi oldu”. Bu sözləri açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, cənab Prezident vurğuladı ki, beynəlxalq hüquq normaları işləmir, güc amili yenə həlledicidir: “Digər müasir reallıqlar ordunun davamlı olaraq gücləndirilməsini zəruri edir. Ölkə Prezidenti xüsusi olaraq Azərbaycan ordusunun öncəki illərdən qat-qat güclü olduğunu vurğuladı. Vətən müharibəsində Azərbaycan ordusu nəyə qadir olduğunu nümayiş etdirdi. Lakin indi ordumuz Vətən müharibəsində qələbə qazanmış orududan daha güclüdür. Ötən illər ərzində ordunun strukturunda, həm də maddi-texniki təchizatında böyük irəliləyişlər olub. Bu istiqamətdə təsirli addımlar atılıb.
Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularl sırasında yer alır. Qlobal reytinq cədvəllərində Azərbaycan ordusu gücünə görə 57-ci yerdə qərar tutub. Bu post Sovet ölkələri arasında ikinci yer deməkdir”.
Mənbə: SİA