KOMİTƏ İCLASLARI 10 Noyabr 2022, 15:04 | Baxış sayı: 167
"Azərbaycan Milli Elmlər Akademiyasında çalışan işçilərin əməkhaqlarının artırılması məsələsinə baxılmalıdır"

“Elmə ayrılan vəsaitin artırılması barədə düşünməliyik. Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasında çalışan işçilərin əməkhaqlarının artırılması məsələsinə baxılmalıdır”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, burada əsas problem vəsaitlərin təyinatı üzrə xərclənməsi məsələsidir: “Büdcədə hər hansı quruma ayrılan vəsait xərclənmir, gələn il bu vəsait yenidən artırılır. Ayrılan vəsait müəyyən edilmiş istiqamət üzrə sərf olunmayıbsa, biz buna baxmalıyıq və bu vəsaiti başqa istiqamətlərə yönləndirməliyik. Digər mühüm məsələ ayrılan vəsaitlərin nəticələrinin öyrənilməsidir. Eyni zamanda QHT-lərə, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşası istiqamətinə vəsait artırılmalıdır. Biz tariximizin ən şanlı dövrünü yaşayırıq. Bu qələbəni möhkəmləndirməliyik. Yeni filmlərin çəkilməsinə ehtiyac var. Amma burada da ciddi nəzarətin olması olduqca vacibdir”.

Mənbə: apa.az

Xəbərlər