Plenar iclaslar 23 Noyabr 2021, 18:51 | Baxış sayı: 308
“Azərbaycan kimi ölkələrdə işsizlik səviyyəsi 7%-dən çox olursa, bu, sosial-iqtisadi fəsadlar yaradır”.

“Azərbaycan kimi ölkələrdə işsizlik səviyyəsi 7%-dən çox olursa, bu, sosial-iqtisadi fəsadlar yaradır”.

Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin II oxunuşun müzakirəsində bildirib.

O qeyd edib ki, Azərbaycanda da işsizlik səviyyəsi 7%-dən çoxdur:

"İşsizlikdən Sığorta Fondunun hesabına işsizliklə mübarizə aparmaq olmaz. Bu fonda əlavə vəsaitər cəlb edilməlidir. İşsizlikdən Sığorta Fondunun işlərini görən müvafiq icra hakimiyyəti orqanına Fonddan 5 dəfə çox vəsait ayrılıb. Bir neçə il ərzində cəmi 8 500 adama işsizliyə görə müavinət verilib. Bu müavinətlər bütün işsizlərin 0,7 %-ni təşkil edir və həddindən artıq dözülməz rəqəmdir”.

“Azərbaycandan xaricə beyin axını var. Bunun qarşısını almalıyıq. Azərbaycan vətəndaşı ona normal şərait yaradanda özünü və ailəsini dolandırmağa qadir insanlardır. O insanlara şərait yaradılmalıdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da kiçik və orta sahibkarlığın inkişafına şərait yaradılmalıdır. Hər şey müavinətlərin üzərində qurulmamalıdır. İnsanlara şərait yaratmaq lazımdır ki, onlar öz qabiliyyətlərini ortaya qoysunlar. Bunu etməsək, bizə işsizliyi aradan qaldırmaq üçün bir neçə on illik lazımdır”, - deyə deputat əlavə edib.

Xəbərlər