KOMİTƏ İCLASLARI 4 May 2023, 15:01 | Baxış sayı: 82
"Azərbaycanı keyfiyyətsiz məhsullar poliqonuna çevirmək olmaz"

Azərbaycanı keyfiyyətsiz məhsullar poliqonuna çevirmək olmaz.

Demokrat.az
 xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

Rüfət Quliyev deyib ki, insanların səhhəti üçün zərərli olan xaricdən gətirilən, o cümlədən daxildə işbaz sahibkarların istehsal etdiyi məhsulların nə satışına, nə də istehsalına icazə vermək olmaz. Bu, insanlar üçün təhlükədir. Tutaq ki, aptekdən, hansısa ticarət şəbəkəsindən hansısa qida əlavəsini, yaxud yağı alırsan. O məhsulun üzərində elə şeylər yazılır ki… Az qala xərçəngdən tutmuş prostatın müalicəsinə qədər hər şeyə kömək edir. Axı necə ola bilər ki, adi dərman belə olmayan məhsul bu qədər insanlara kömək edə bilər? Yəni bu, insanları aldatmaq deməkdir. Düzdür, yoxlamalarla bağlı ehtiyatlı olmaq lazımdır. Lakin insanların səhhətinə təsir edən belə hallarla bağlı bir az həssas olmalıyıq”. (apa)

Xəbərlər