Cəmiyyət 23 Mart 2022, 15:43 | Baxış sayı: 199
"Azərbaycan humanitar addım atmaqdan da heç zaman imtina etməyib".

“Ermənistandan Xankəndiyə gedən qaz xətti Azərbaycan ərazisindən keçir. Qaz xəttində baş vermiş partlayışın təmiri ilə bağlı ermənilərin siyasi ab-hava yaratması, məsələni siyasiləşdirmələri məqsədyönlüdür. Xankəndi Azərbaycan ərazisidir. Ona görə də Azərbaycan həmin qaz xəttinin təmir edilməsi üçün şərait yaratdı. Kiminsə Azərbaycan ərazisində bizə şərt qoyması, diktə etməsi qəbuledilən deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, ermənilər bunu daha böyük siyasi məsələyə çevirməyə çalışırlar: “Qış vaxtı dinc əhali guya qazla imtahana çəkilir və onların haqları tapdanır. Ermənilər bunu məqsədyönlü şəkildə şişirdirlər. Digər tərəfdən, hansısa klapanın qoyulması və ya qoyulmaması məsələsi də birmənalı olaraq, Azərbaycanın məsələsidir. Ərazi Azərbaycanındır, Xankəndidə yaşayan ermənilər nəyə əsasən tələb irəli sürə bilərlər?! Yeri gəlmişkən, Azərbaycan humanitar addım atmaqdan da heç zaman imtina etməyib. Dövlətimiz qış vaxtı heç kəsi qazın yoxluğu ilə imtahana çəkməz və humanist addımlar atmağa hər zaman hazırdır. Həmin qaz xətti təmir olunaraq orada yaşayan qazla təmin ediləcək”.

Xəbərlər