Siyasət 10 Oktyabr 2023, 16:49 | Baxış sayı: 134
“Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə müttəfiqlik səviyyəsinə çata bilər”

Azərbayanla Gürcüstanı mədəni, siyasi və iqtisadi köklər bir-birinə bağlayır. Azərbaycan dövləti Gürcüstan iqtisadiyyatı üçün bir nömrəli partnyordur. Ölkəmizin enerji resurslarının Gürcüstan ərazisi ilə tranziti həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu münasibətlər Prezident İlham Əliyev tərəfindən yeni çağırışlardan irəli gələrək daha yüksək səviyyəyə çatıb”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

O bildirib ki, bu gün iki qonşu və dost ölkə kimi Azərbaycan və Gürcüstan bir-birini dəstəkləməyə davam edir:

“Cənab İlham Əliyevin mətbuata açıqlamasında da qeyd etdiyi kimi Tbilisi Ermənistanı regional sülhə dəvət etmək üçün yaxşı platforma ola bilər. Hər iki ölkə rəsmilərinin verdiyi bəyanatlar strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir. Həm Avropanın enerji təhlükəsizliyi məsələsində, həm də Cənubi Qafqazda sabitliyə töhfə verən iki dost ölkənin mövcud münasibətləri gələcəkdə müttəfiqlik səviyyəsinə qaldırmaq imkanı var. Dövlət başçıları bu istiqamətdə aktiv çalışır. Azərbaycan və Gürcüstan münasibətlərinin ən yüksək zirvəyə çatması üçün hər iki ölkənin kifayət qədər potensialı mövcuddur”.
 

demokrat.az

Xəbərlər