Cəmiyyət 26 Oktyabr 2022, 16:54 | Baxış sayı: 175
"Azərbaycan dünya azərbaycanlılarının məsuliyyətini öz üzərinə götürmək gücündədir"

"Bu gün Azərbaycan bütün dünya azərbaycanlılarının məsuliyyətini öz üzərinə götürmək gücündədir".

Bunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyəti sədrinin müavini, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

"Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əsas məqsədi güclü və qüdrətli Azərbaycan yaratmaq idi. Biz bu məqsədə nail olmuşuq", - o bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq güclü Azərbaycan formalaşıb və Azərbaycanın qarşısında yeni inkişaf meyarları dayanır:

"Ölkəmiz, həmçinin qlobal meyarlara təsir etmək və konstruktiv qərarlar qəbul etmək imkanına malikdir. Bu gün Azərbaycan dünya azərbaycanlılarının məsuliyyətini üzərinə götürmək gücündədir. Bugünkü Azərbaycanın yeni reallıqlara uyğun inkişaf hədəflərini müəyyənləşdirə bilir. Dünya azərbaycanlıları artıq özlərinin güclü və qüdrətli dövlətlərinin olmasına əmindirlər. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada söz sahibi olan ölkəyə çevrilib".

Mənbə: report.az

Xəbərlər