Plenar iclaslar, Qanun Layihələri 3 Dekabr 2021, 14:50 | Baxış sayı: 227
Az ağır xəsarət alan hərbçilərə sığorta məbləğinin 15%-i qədər sığorta ödənişi veriləcək.

Az ağır xəsarət alan hərbçilərə sığorta məbləğinin 15%-i qədər sığorta ödənişi veriləcək.

Sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.

 

Xəbərlər