Siyasət 14 Mart 2023, 14:25 | Baxış sayı: 102
“Avropa Parlamenti Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də təhlükəyə atmağa çalışır”

Təəssüf ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı böhtanla dolu qərəzli qətnamə qəbul etməyə hazırlaşır. Artıq bu tip qətnamələrin sayı günbəgün çoxalır. Çünki Avropa Parlamenti özünü Ermənistan Parlamenti kimi aparır. Birbaşa Ermənistanın lahiyələrini qəbul edir, hətta deyərdim ki, bu qərəzin arxasında 21-ci əsrdə olmağımıza baxmayaraq hələ də davam edən xristian-müsəlman qarşıdurması dayanır. Bu gün Avropa Parlamenti bütün beynəlxalq hüququ, BMT qətnamələrini tapdalayaraq Dağlıq Qarabağ ifadəsi işlədir. Bu qətnamələrdən nəinki Azərbaycan dövləti və rəsmiləri, bütün vətəndaşlarımız narahat olub öz haqqını tələb etməlidir. Antiazərbaycan siyasətini uzun illər davam etdirən AP Qarabağda 120 min erməni vətəndaşından bəhs edir. Bu özü açıq aşkar yalandır. 2020-ci il 10 noyabr Bəyyənaməsinə qədər Qarabağda 30 -40 minə qədər erməni əsilli sakinlər yaşayırdı. Müharibədən sonra açıq şəkildə ermənilərə səslənən Ermənistan hakimiyyəti erməniləri Qarabağda yaşamağa çağırıb. Bu gün Qarabağda yaşayan erməni vətəndaşları araşdırılsa, gənc ailələrin hətta nəslidən bir nəfərin belə Qarabağda heç vaxt yaşamadığını görərik. Avropa Parlamenti Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də təhlükəyə atmağa çalışır.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

 

“Bu gün Qarabağdakı erməni əsilli sakinlər üçün əl-ayağa Avropa Parlamenti 30 il müddətində Azərbaycanın çağırışlarına, 1 milyona yaxın insanın doğma yurdlarından qovulmasına susub. Lakin indi azərbaycanlı ekofəalların öz suveren torpaqlarındakı aksiyasına humanitar blokada adı vermək istəyirlər. Laçın yolu Azərbaycanın öz torpağıdır, orada da baş verənlər Azərbaycanın daxili işidir. Əgər AP dünyadakı baş verən haqsızlıqlarla mübarizə aparmaq istəyirsə, ilk öncə 30 il müddətində Ermənistan işğalından əziyyət çəkən Azərbaycan xalqının hüquqlarını təmin etməklə başlaya bilər. Avropa Parlamentinə günlər əvvəl Laçın yoluna alternativ torpaq yoldan silah-sursat daşıyan ermənilərin təxribatını xatırlatmaq istərdim. Çox təəssüf edirəm ki, 2 ildə 300-ə yaxın Azərbaycan vətəndaşı işğaldan azad olunan ərazilərdə minaya düşüb. Azərbaycan mina çirklənməsindən də əziyyət çəkir, amma yenə də AP-nin bundan narahatlıq ifadə edən çıxışı olmur. Bütün bunlar əsas verir ki, Avropa Parlamenti bu irqçı, faşist ideyalarını dövlət səviyyəsində təşviq edən ölkəni müdafiə edir. Bu özü AP-nin missiyasını şübhə altına salır”, - M.Cəfərov qeyd edib.

Xəbərlər