Plenar iclaslar 12 May 2023, 14:51 | Baxış sayı: 88
“Avropa ölkələrinə çağırış etməliyik ki, Fransaya öz yerini göstərsinlər”

“Avropa ölkələrinə çağırış etməliyik ki, Fransaya öz yerini göstərsinlər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“İndiki şərtlər daxilində, yəni Azərbaycanın iradəsilə sülh gündəliyinin aktual olduğu dövrdə Fransa proseslərin içərisində yer almaq üçün bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı mövqedən çıxış edərək təbii ki, gələcəkdə tək Azərbaycana qarşı deyil, bütövlükdə Cənubi Qafqaz regionun təhlükəsizliyi və sülh prosesi üçün ciddi təhdid yaradır.
Bundan başqa, son dövrlərdə Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək niyyəti sərgiləyir. Artıq məsələnin sırf rəsmi tərəfi qalıb. Yeni hərbi attaşenin əsas fəaliyyət istiqaməti ondan ibarət olacaq ki, Ermənistana Fransanın müasir yeni silahları verilsin. Belə olanda sual ortaya çıxır ki, Fransanın məqsədi nədir? Əgər sülh prosesinə töhfə verməkdirsə, onda ümumilikdə Avropanın sərgilədiyi mövqeyə tam zidd olan mövqe sərgiləmək bir daha riyakarlığın aşkar göstəricisidir. Çünki Avropa İttifaqının yanaşması ondan ibarətdir ki, istər keçmiş, istərsə də hazırki münaqişə bölgələrinə silahların verilməsinə məhdudiyyətlər tətbiq olunsun. Amma Fransa aşkar şəkildə Ermənistanı silahlandırmaqda marağını nümayiş etdirir, ölkəmizin ərazi bütövlüyün şübhə altına qoyur”, - E.Mirbəşir əlavə edib.

Xəbərlər