"Atəş sədaları ermənilərin bir-birilərini qıracağından xəbər verir"
“Son günlərin hadisələri, Araikə və tərəfdarlarına qarşı artan etirazlar, Azərbaycan dövlətinin Qarabağ ermənilərinə çağırışları və dinc sakinlərin əsarətdən qurtulmaq cəhdləri göstərir ki, Xankəndidə qatillərə qarşı mübarizə güclənməkdədir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O bildirib ki, Xankəndidə naməlum şəxslərin Araik Arutyunyanın oturduğu binaya girərək, atəş açmaları təəccüblə qarşılanmamalıdır:
“Çünki Araik quldurdur, cəlladdır, qatildir. Onun əli günahsız azərbaycanlıların qanına batmaqla bərabər, minlərlə dinc erməninin də boğazına zəncir olub. Uzun illərdir özü kimi qatillərlə birlikdə Qarabağda yaşayan erməniləri əsirə çevirib, kölə kimi işlədir, əzir, onları bəd əməllərə, düşmənçiliyə sövq edir. Qarabağın dinc erməni əhalisi artıq bu qatillərdən, təcavüzkarlardan cana gəlib. Sakit, xoşbəxt həyat yaşamağa, Azərbaycan qanunlarını qəbul etməyə, övladlarını, əzizlərini bəlalardan qurtarmağa can atırlar. Lakin Arutyunyan və qatil silahdaşları buna imkan vermirlər”.
Deputatın fikrincə, atəş sədaları etirazların ifadəsidir və ermənilərin bir-birilərini qıracağından xəbər verir:
“Özlərini rəhbər hesab edən separatçılar bunu anlamalı, silahı yerə qoymalı, təslim olmalıdırlar. Əks təqdirdə onlar həm dövlətimizin, həm də erməni sakinlərin güclü və qarşısıalınmaz təsiri ilə üzləşəcək və həyatlarını itirəcəklər. Halqa daralır, səbir tükənir, vaxt azalır. Quldurlar canlarını qurtarmaq üçün qəti qərara gəlməlidirlər”.
demokrat.az