Siyasət 26 Yanvar 2024, 3:58 | Baxış sayı: 182
“AŞPA-da Azərbaycana qarşı qarayaxmaların məqsədi növbədənkənar prezident seçkilərinə kölgə salmaqdır”

AŞPA-nın son illərdəki fəaliyyəti açıq göstərir ki, o, dünya ölkələrinə münasibətdə ikili standartlardan çıxış edir. Bu təşkilada dözümsüzlük, irqçilik, azərbaycanofobiya, islamofobiya mühitinin formalaşması onun gələcəyi barədə yaxşı heç nə vəd etmir. Təəssüf ki, Parlamentin deputatları bu halları uzun illərdir davam  etdirir və təşkilatın fəaliyyətinə ciddi zərbə vururlar”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O qeyd edib ki, AŞPA onsuz da heç bir əməli fəaiyyəti gözə görünməyən, hadisələrə ciddi münasibət bildirməyən və müəyyən problemlərin həllinə köməklik göstərməyən bir institutdur:

“Uzun  illər Azərbaycan  torpaqlarının işğal altında qalması, milyonlarla insanın əzab-əziyyət çəkməsi, kənd və şəhərlərimizin viran edilməsi və bu barədə AŞPA qarşısında dəfələrlə məsələ qaldırılmasına baxmayaraq Assambleya Azərbaycan həqiqətlərinə lazımı münasibət göstərməyib. 

Bu gün siyasətlə məşğul olan hər kəs aydın görür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilmiş bir qurumdur və ermənilərə havadarlıq edənlərin bilavasitə sifarişi ilə fəaliyyət göstərir. Azərbaycana qarşı münasibətdə həqiqətə uyğu olmayan faktların gündəmə gətirilməsi, şişirdilməsi, Azərbaycan əleyhinə qərəzli fikirlər söylənilməsi, qərarlar qəbul edilməsi bu təşkilatı nəinki gözdən saldı, eyni zamanda bir sıra beynəlxalq təşkilatlar artıq AŞPA-ya inanmır və onu fəaliyyətsiz bir qurum adlandırır. Belə olan halda düşünürəm ki, Azərbaycanın orada təmsil olunmağının heç bir faydası yoxdur. Azərbaycan tərəfinin bəyanatları demək olar ki, qəbul edilmir və buna ciddi münasibət sərgilənmir”.

Deputat Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırmasını məqsədəuyğun hesab edir:

“Nümayəndə heyətinin sədri Səməd Seyidov da öz bəyanatında bir daha bildirdi ki, bəzi ölkələrin parlamentarilərinin təhriki ilə qəbul olunmuş qərarlar və Azərbaycana qarşı qarayaxmaların məqsədi fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə kölgə salmaqdır. Assambleyanın fəaliyyətinin əsasını haqq-ədalət təşkil etməlidir, amma AŞPA daim ədalətsizliyə yol verib. Avropa ölkələrinin bu gün müstəqil dövlətlərə qarşı münasibəti məkrlidir. Azərbaycan müstəqil dövlətdir və ölkə başçısının söylədiyi kimi bu dövlət heç bir diktə və göstərişlə hərəkət etmir. Azərbaycan müstəqil siyasət yeridir və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edir”.

demokrat.az
 

Xəbərlər