"ASALA Fransada fəaliyyətini sərbəst davam etdirir"
"Ermənilər terroru, qətlləri, insanlara qarşı təcavüzü, xəyanəti, qarşıdurmalar yaratmağı özlərinin bir qəhrəmanlıq nümunəsi kimi tarixən təbliğ etmiş, bundan qürur duymuş və övladlarını da bu ruhda tərbiyələndirmişlər. Ən qədim və mədəni xalq xülyası ilə yaşayan, ancaq dünyada vəhşi, qaniçən, dönük bir toplum kimi tanınan, onun bunun kölgəsinə sığınıb yazıq, məzlum obrazı yaradan ermənilər havadarlarının köməyi ilə dirçələndə tanınmaz olublar, quduzlaşıblar və nəinki başqalarına hətta onları yedizdirənlərə, torpaq və yurd verənlərə də düşmən kəsiliblər, arxa çeviriblər".
Bunu Milli Məclisin deputatı Tahir Rzayev bildirib.
"Erməni millətçiləri tarixən azərbaycanlıları və türkləri özlərinə düşmən hesab ediblər. Hər an onların qanını içməyə hazır olduqlarını açıqca söyləsələr də və imkan olan kimi bunu etsələr də, ancaq digər xalqlara da nifrətlərini gizlətməmişlər. Şərqi Türkiyə, Şimalı İran və Azərbaycanın Naxçıvan, Qarabağ torpaqlarını birləşdirməklə böyük bir ərazidə “Böyük Ermənistan” yaratmaq, Gürcüstan ərazisinin bir hissəsini zəbt etmək, digər dövlətlərin ərazilərində muxtariyyət formalaşdırmaq məqsədi ilə ermənilər uzun illər ən çirkin əməllərə əl atmışlar, onlara dəstək verməyənləri, haqq - ədaləti müdafiə edənləri özlərinə düşmən saymışlar və onlardan qisas almağa çalışmışlar. Bu məqsədlə ermənilər bir çox terrorçu qruplaşmalar yaratmışlar ki, onlardan da Daşnakstyun partiyasının təşkil etdiyi “Ermənistanın Azadlığı uğrunda Gizli erməni Ordusu” (ASALA) terror təşkilatı hal -hazırda bir neçə ölkədə fəaliyyətini davam etdirməkdədir. Bu terror təşkilatı türkləri və azərbaycanlıları əsasən hədəf seçməsinə baxmayaraq, digər xalqlara qarşı da amansız qətllər həyata keçirməkdədir. Öz fəaliyyətini Fransada daha çox genişləndirən ASALA-ya ölkədə sərbəst hərəkət etmək üçün hər cür imkan yaradılmışdır ki, terror təşkilatı da bu qayğıdan hərtərəfli bəhrələnməkdədir. Qərargahı Beyrutda, təlim-məşq bazaları Suriyada yerləşən terror təşkilatı öz fəaliyyətini ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada davam etdirməklə dinc insanlar üçün təhlükə yaratmaqdadır. Son illər bir çox ölkələrdə Türkiyənin və Azərbaycanın səfirliklərinə edilən basqınlar, baş verən terror halları bunu deməyə əsas verir. ASALA Azərbaycanı və Türkiyəni dəstəkləyən ölkələrə qarşı da düşmən və amansız mövqedədir. İrəvanda yəhudi sinaqoquna sentyabrın 3 - də hücumu da bu terror təşkilatı təşkil etmişdir. Terrorçular açıq bəyan etmişlər ki, yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qatı düşmənləridir. Onlar ABŞ, Avropa və başqa ölkələrdə də sinaqoqları yandıracaqlarını, yəhudiləri məhv edəcəklərini bildirmişlər. Əlbəttə bu vəhşiliklərin kökündə İsrail dövlətinin Azərbaycana dost olması, iki ölkə arasında münasibətlərin möhkəmlənməsi və yəhudi xalqının dövlətimizin ədalətli mübarizəsini dəstəkləməsidir. Terrorçular heç bir beynəlxalq normaya və insanlığa uyğun gəlməyən şəkildə bəyanat vermişlər ki, dünya ölkələrində yaşayan yəhudilərə qarşı müharibə aprılacaq və heç bir yəhudi Avropaya, Amerikaya, Kanadaya, Gürcüstana gələrkən özünü təhlükəsiz hiss etməyəcək. Göründüyü kimi Ermənistanda antisemitizm meylləri gündən-günə güclənir və terrorçular dünya xalqlarına meydan oxuyurlar .Bu meyllər sözsüz ki, bir çox xarici dövlətlərin dəstəyindən qaynaqlanır və şaxələnir. Fransanın bu dövlətlər arasında birincilik qazanması şübhəsizdir. Çünki təcavüzkar Fransanın Ermənistana, terrorçulara daimi yardım göstərməsi bu dövlətin müstəmləkəçilik siyasətindən irəli gəlir. Fransa dövlətinin rəhbərləri, siyasi dairələri Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, şəhər və kəndlərimizi xaraba qoyan, bir milyondan çox insanı qaçqın vəziyyətinə salan Ermənistanı 30 il dəstəklədilər, bir dəfə də olsun Azərbaycanın haqlı mövqeyinə münasibət bildirmədilər və daim təcavüzkarın yanında olduqlarını nümayış etdirdilər. Onlar hər vəcdlə xalqımızın səsini batırmağa, düşmənə haqq qazandırmağa çalışdılar. Bu gündə bu çirkin əməllər davam etdirilir. Fransa Ermənistandan daha çox Azərbaycana düşmən mövqedədir. BMT Təhlükəsizlik Şurasında, beynəlxalq tədbirlərdə, görüşlərdə, müxtəlif ölkələrə səfərlərdə başda Fransa prezidenti Emmanuel Macron olmaqla, parlament üzvləri, hökumət nümayəndələri Azərbaycanı bir təcavüzkar kimi qələmə verir, torpaqlarını erməni faşistlərindən azad edən dövlətimizin və xalqımızın adına olmazın böhtanlar, iftiralar söləyirlər. Fransa bildirir ki, “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir”. Fransanın xarici işlər naziri K. Kolonna Ermənistana səfəri zamanı deyir ki, Fransa Ermənistana fransız silahlarının tədarükünə başlamaq imkanı verəcək, hərbi - texniki əməkdaşlıq haqqında saziş imzalamağa da rəsmi razılıq verib. Fransa Afrikada itirdiklərinin yerini Cənubi Qafqazda doldurmaq və regionda pozuculuq əməllərini davam etdirmək , məkrli siyasətini həyata keçirmək niyyətindədir. Ona görə də Ermənistanı silahlandırır, terrorçulara yardım edir, müharibələr üçün yeni planlar hazırlayır. Ancaq Makron və əlaltıları başa düşüb dərk etmirlər ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev onların çirkin, bəşəriyyətə zidd məqsədlərini yaxşı bilir və qarşısının alınması üçün tutarlı tədbirlər görür. 44 günlük müharibə, 24 saatlıq anti - terror tədbirləri, ordumuzun gücü, xalqımızın birliyi və həmrəylikdən əldə olunan uğurlu nəticələr düşmənlərimizə lazimi dərs olmayıbsa, yeni dərslərin verilməsi davam etdirilə bilər. Çünki Azərbaycan təcavüzkarlar, terrorçular və onların havadarları qarşısında aciz deyil. Dövlətimizin rəhbəri, ordumuz və xalqımız hər an sözünü deməyə qadirdir və bütün cəbhələrdə mübarizə aparmağı bacarır", - T.Rzayev qeyd edib.
pravda.az