Siyasət 28 Sentyabr 2023, 17:38 | Baxış sayı: 69
”Antiterror tədbirlərindən sonra bu qurumun fəaliyyəti sözsüz ki, dayandırılmalı idi”

“Qarabağdakı qondarma qurumun fəaliyyəti onsuz da beynəlxalq normalara zidd idi. Bu, separatçılığın, təcavüzün ifadəsi idi. Antiterror tədbirlərindən sonra bu qurumun fəaliyyəti sözsüz ki, dayandırılmalı idi”.  

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O qeyd edib ki, bir müddət əvvəl qondarma rejim Xankəndində prezident seçkiləri keçirdi. Bu, gülünc addım idi:

“Lakin Azərbaycan tərəfi humanist davranaraq seçkinin keçirilməsinə ciddi əngəl törətmədi.  Bir çox ölkələr bu seçkini tanımadı. Bu gün qondarma qurumun özünü buraxdığını elan etməsi düzgün hərəkətdir. Artıq bütün ərazilər Azərbaycan ordusunun nəzarətindədir. Qarabağda yaşayan ermənilər kütləvi halda bölgəni tərk edir. Belə olan təqdirdə orada qondarma qurumun fəaliyyət göstərməsi qeyri-mümkündür. Həmin yerlərdə Azərbaycanın dövlət quruluşu bərpa olunacaq. Bunu qəbul edən erməni əsilli bölgə sakinləri isə bütün proseslərdə yaxından iştirak etmək hüququna sahib olacaqlar”.

demokrat.az

Xəbərlər