İctimai Dinləmə 13 Mart 2023, 13:00 | Baxış sayı: 135
"Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı 570 təklif daxil olub"

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı 570 təklif daxil olub.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təkliflər müzakirə edilib və 301 təklif qanun layihəsində nəzərə alınıb: “Qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir”.

Komitə sədri əlavə edib ki, doktorantura təhsilinə köklü şəkildə qanun layihəsində yer verilib.

Xəbərlər