Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 18:12 | Baxış sayı: 223
Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınmasına görə cərimə müəyyənləşir.

Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınmasına görə cərimə müəyyənləşir.
APA-nın verdiyi xəbərə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.
Qanun parlamentdə qəbul edilərək Prezident tərəfindən təsdiqlənəcəyi təqdirdə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi parlamentdə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Xəbərlər