"Ailə məhkəmələrinin yaradılması çox zəruridir”.
Cəmiyyət,
Plenar iclaslar
29 Oktyabr 2021, 13:18 | Baxış sayı:
276
“Ailə institutunun gücləndirilməsi üçün əksər ölkələrdə ailə məhkəmələri fəaliyyət göstərir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, ailə məhkəmələri qardaş Türkiyədə artıq 2013-cü ildən başlayaraq çox səmərəli fəaliyyət göstərir: “Hətta 2019-cu ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə Rusiyada Ailənin və uşaq hüquqlarının müdafiəsi Məhkəməsi yaradılıb. Azərbaycanda da Ədliyyə Nazirliyinin müntəzəm olaraq evlənmə və boşanma ilə verdiyi hesabatlar ölkəmizdə ailə institutunun qorunması üçün bir həyəcan siqnalıdır. Düşünürəm ki, ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq siyasəti çərçivəsində ailə məhkəmələrinin yaradılması çox zəruridir”.